О себе:Abbasov Orxan Elxan oğlu 11.10.1990-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhəri Nizami rayonu 70№li Pilot məktəb liseyini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Təşkilatçılıq sahəsinə meyl göstərən Orxan bu sənəti daha da yaxından öyrənməyə meyl göstərirdi. 2009-cu ildə özünə "Təşkilatçı" ləqəbini götürən Orxan Abbasov Təşkilatçı-Orxan Abbasov kimi tanınmağa başladı. Növbəti təhsilini "Kino-Video Operator və Texnika" üzrə davam elətdirən gənc təşkilatçı 2010-cu ildə Azərbaycan Kooperasiya Universitetinin "Eksperiza və Kommersiya" fakültəsinə daxil olub. Orxan internet sosial şəbəkələr sistemində piar reklam sahəsində də özünü doğrultdu.
Şou-biznesə 2010-cu ildən yeni addımlarını atan gənc təşkilatçı qısa müddət ərzində böyük uğurlar əldə etdi. Azərbaycanın tanınmış simalarının piar reklam işlərini görən Orxan Abbasov bu işi indidə davam etdirməkdədir. Bəstəkar Tural Bakuvinin piar reklam işləri ilə məşğul olan Orxan bununla yanaşı,estradamızın populyar və gənc ulduzlarının piar işlərini görür.
Rəmal Rəsul(gitarist-ifaçı), DJ CHİNA, Tural Salmanov(Xalq ulduzu), Elvin Abdullayev(Yeni ulduz), Kamil Cəfərov(Xalq ulduzu), Yaşar Yusub (Şeron qrupu), Rəşad Ziyad Xan(Şeron qrupu), İntizar(Şeron qrupu), Əlişahin(Amarok Tayfa), Cahangir Qurbanov(Yeni ulduz), Emil Bədəlov, Oqtay Kamil(meynaxa ustadı), Namiq Zeynalov, Əli(meyxanaçı), Arif Səlimov(bəstəkar-ifaçı), Məleykə Əsədova(aktrisa), Mako & Xatun, Qismət, Gülay Qədirova, Flora Kərimova, Yusif Mustafayev, Səyyad Əlizadə, Real qrupu, Tural Əzimov, Əli Dünya, Aslan Aşiq(meyxanaçı), Üzeyir Mehdizadə, Günay Kərimova(Azəristar), Aygün Bəylər, Orxan Babazadəv, Gülyaz & Gülyanaq Məmmədova, Samira Allahverdi və s.
2011-12 -ci ildə Space Tv-də yayımlanan "Canlı pul", Ans Tv-də yayımlanan "Bir Az Şou", "Fərdayla Şans" verilişlərinin piar reklam meneceri olmuşdur. 2012-ci ilin Yanvar ayından Azərbaycanın məşhur DJ-yi DJ CHİNA (Piar reklam meneceri və meneceri )kimi fəaliyyət göstərməkdədir. Müasir Azərbaycan gündəmində öz proyektləri ilə yaddan qalan gənc təşkilatçı, hal-hazırdaToy Mərasimlərinin ssenariləşdirilmiş şəkildə təşkili ilə məşğul olur. Daha çox yeniliklərlə hər zaman fərqləndiyini bildirən Orxan Abbasov bundan sonra daima gündəmdə qalacağını bildirir.